16 İyun 16:13
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Gürcüstan hökumətini Avropa Birliyi (AB) məqsədlərinə uyğun hərəkət etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Leyen İsveçrədə keçirilən sülh sammiti çərçivəsində görüşdüyü Gürcüstan Prezidenti Salome Zurabişvili ilə fotosunu sosial mediada yayımlayıb və ona fəaliyyətini Avropa gələcəyinə həsr etdiyinə görə təşəkkür edib.

“Gürcü xalqı bu yolu böyük səslə dəstəkləyir. Gürcüstan hökumətini də AB məqsədlərinə uyğun hərəkət etməyə çağırırıq”, - fon der Leyen bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu