Beynəlxalq koalisiya İŞİD terror qruplaşması ilə mübarizəni daha da fəallaşıdrmağı və effektli bir şəkildə həyata keçirməyi qərara alıb.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, bu fikri Böyük Britaniyanın baş naziri Devid Kemeron iordaniyalı pilotun terrorçular tərəfindən edam olunmasını şərh edərkən səsləndirib.
“Terrorçuların bu əməli bizim qətiyyətliliyimizi daha artıracaq. Biz iordaniyalı dostlarımızla həmrəyik, İŞİD üzərində qələbə çalmaq üçün biz onlarla və koalisiyadakı digər tərəfdaşlarımızla birgə işimizi davam etdirəcəyik. Birlikdə irəliləyişə nail olacağıq. Ekstremistlər və onların ideologiyası məhv edilməyincə dayanmayacağıq”, deyə baş nazirin yazılı bəyanatında bildirib.