30 İyun 14:57
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Vergi Xidməti ödənilməmiş borcuna görə azərbaycanlı bloger Hüseyn Həsənovun avtomobillərinə və mənzillərinə məhkəmə yolu ilə həbs qoymaq niyyətində olduğunu açıqlayıb.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları yazır.

Məlumata görə, Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə Həsənova qarşı icraata başlayıb. Qurum blogerin Moskva şəhəridə “Neva Towers” kompleksindəki 124 kvadratmetr sahəsi olan mənzilini müsadirə etməyi tələb edib. Mənzilin qiymətinin 150 milyon rubl olduğu bildirilir.

Qeyd olunub ki, Həsənovun 2020-ci istehsalı olan 50 milyon dəyərindəki “Rolls-Roys Cullinan” və 2022-ci istehsalı olan 11 milyon rubl dəyərindəki “Şevrolet Tahoe” avtomobilləri də müsadirə oluna bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər