1 İyul 02:26
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dondurucudan çıxarılmış yastıq üzü yuxuya getməyə kömək edir.

Teleqraf.com "The Conversation"a istinadən məlumat verir ki, həkimlər istidə rahat yuxuya getmək üçün məsləhətlər verib.

İsti havalarda dondurucudan çıxarılmış yastıq üzü, yaxud əllərinizi və ayaqlarınızı soyuq suda islatmaq sizə sərinləməyə kömək edə bilər.

Bildirilir ki, yaşlı insanlar üçün dərini süngər və soyuq su ilə silmək, sərin duş qəbul etmək faydalıdır.

Tədqiqatlar göstərir ki, duş qəbul etmək üçün optimal temperatur təxminən 26-27 dərəcədir. Çox soyuq suda yuyunmaq sizi şoka sala bilər.

Bədəninizə, əsasən də qoltuqaltı, boyun, alın, bilək nahiyyələrinə sərin kompres tətbiq etmək tövsiyyə olunur.

Həmin nahiyələrin səthi damarlarla zəngindir, buna görə də bu bölgələrdən gələn qan daxili orqanları tez bir zamanda soyudur.

Daha az təsirli üsullar sərinkeş və isti içkilərdir. Sərinkeşlər tərin buxarlanmasını yaxşılaşdıra bilər, lakin onlar 33 dərəcəyə qədər olan temperaturda təsirli olur. İsti içkilər bədənin soyutma mexanizmlərini işə salır, lakin bu, mayenin bədəndən çıxarılması ilə nəticələnir. Buna görə də soyudulmuş içkiləri seçmək daha təsirli olur.


Müəllif: Arzu

Oxşar xəbərlər