ABŞ-da keçirilən sorğuda iştirakçılara Co Baydenin prezident vəzifəsini yerinə yetirmək üçün yetərli psixi və koqnitiv sağlamlığa malik olub-olmaması ilə bağlı sual verilib.
Teleqraf.com xəbər verir ki, ilk canlı yayım debatından sonra Baydenin sağlamlıq vəziyyəti ilə bağlı müzakirələr davam edir.
Amerikalıların 72 faizi hesab edir ki, Bayden "prezident kimi xidmət etmək üçün psixi və idrak sağlamlığına" malik deyil.
Qeyd olunur ki, Baydenin səhhətinə görə prezident seçkilərindən geri çəkilməli olduğuna inananların 46 faizi demokratların tərəfdarlarıdır.
Eyni sorğuda Respublikaçı namizəd Donald Trampın prezident olmaq üçün lazımi psixi və koqnitiv sağlamlığın olub-olmaması ilə bağlı suala 50 faiz “bəli”, 49 faiz isə “yox” cavabını verib.