Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu sözləri o, növbədənkənar parlament seçkilərinin ilkin qeyri-rəsmi nəticələri yayıldıqdan sonra deyib.
“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, - deyə Attal qeyd edib.
Qeyd edək ki, ilkin məlumata görə, Makronun koalisiyası parlament seçkilərinin ikinci turunda da məğlub olub.