10 İyul 08:00
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Cozef Bayden Ukrayna barədə danışaraq Rusiyanın “Uran mədəniyyətini” məhv etmək istədiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Vaşinqtonda keçirilən NATO sammitində çıxış edən Bayden deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı tamamilə özünə tabe etməkdən başqa heç nə istəmir.

“Rusiya lideri Ukrayna demokratiyasına son qoymağı və Uranın mədəniyyətini məhv etməyi planlaşdırır ”, – deyən ABŞ rəhbəri dərhal sözünü düzəldərək, Ukraynanı nəzərdə tutduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər