10 İyul 18:17
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada parlament seçkilərində uduzan Prezident Emmanuel Makronun ittifaqı radikal sağçılara qarşı sol partiyalarla koalisiya hökuməti qurmaq səylərini davam etdirərkən, hakim ittifaqda olan Horizon Partiyasının sədri Eduard Filip sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Penlə gizli şam yeməyinə getməsi mübahisə yaradıb.

Teleqraf.com xəbər verir ki, “Liberation” qəzeti Filip və bəzi hökumət üzvlərinin dekabrda Le Penlə gizli şam yeməyində görüşdüyünü yazıb.

Nəşr Makronun ittifaqında olan keçmiş baş nazir Filip və müdafiə naziri Sebastyan Lekornunun keçmiş deputat Terri Solerin evində Le Pen və müxalifət partiyası lideri Cordan Bardella ilə gizlicə görüşdüyünü iddia edib.

Makronun radikal sağçılara qarşı ittifaq qurduğu bir vaxtda müttəfiqlərinin əks düşərgə ilə gizli yaxınlaşması gərginlik yaradıb.

Filip TF1 kanalına açıqlamasında Le Penlə şam yeməyi yediyini etiraf edib: “Bu yeməyin sonunda bir çox məsələlərdə aramızda dərin fikir ayrılıqlarının olduğunu anladıq”.

Daxili işlər naziri Cerald Darmanin isə olaya münasibəti belə olub: “Filip istədiyi adamla şam yeməyi yeyə bilər, amma mən Le Penlə bunu etməyəcəm”.

İl-de-Frans şəhərinin meri Valeri Pekres Filipin Le Penlə şam yeməyinə getməsini narahatedici adlandırıb: “Biz adətən yaxın olduğumuz insanlarla şam yeməyi yeyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər