ABŞ-nin Nigerdə yerləşən 300-ə yaxın əsgərinin sentyabrın 15-dək ölkəni tərk edəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) açıqlama verilib.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında Nigerdəki ABŞ əsgərlərinin vəziyyətindən danışıb. Sinq iyulun 7-dən etibarən paytaxt Niyameydəki 101-ci hava bazasından tamamilə geri çəkildiklərini bildirib. O, qeyd edib ki, qalan əsgərlər 15 sentyabra qədər təhlükəsiz və nizamlı şəkildə ölkədən çıxacaq.
Martın 17-də Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb və ABŞ əsgərlərinin tezliklə ölkəni tərk etməsini tələb edib.
Nigerdə 1000-ə yaxın əsgəri və Aqadez şəhərində pilotsuz uçuş aparatı (PUA) bazası olan ABŞ-ın sentyabrın ortalarına qədər ölkəni tamamilə tərk edəcəyini açıqlanıb.