25 Avqust 10:30
8 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarın piylərindən xilas olmaq üçün ənənəvi üsullara müraciət etmək əslində gözləniləndən daha effektiv nəticə verə bilər. Xüsusilə İbn-i Sinanın tövsiyə etdiyi bir resept var ki, onan istifadə edən şəxslər dərhal arıqlamağa başlayır.

Teleqraf.com xəbər verir ki, dağ kəklikotu ilə hazırlanan çay həzmi asanlaşdırmaqla yanaşı, mədə ağrılarını aradan qaldıran xüsusiyyətlərə malikdir.

Qida maddələrinin daha yaxşı həzmini təmin edən kəklikotu çayı, şişkinlik kimi həzm problemlərini aradan qaldıraraq rahatlığı təmin edir.

Dağ kəklikotu çayını evdə bu üsulla hazırlaya bilərsiniz:

1 çay qaşığı qurudulmuş dağ kəklikotu;
1 stəkan qaynar su;
Bal və ya limon.

Arıqlamağa kömək edən kəklikotu çayı maddələr mübadiləsini sürətləndirir, həzmi tənzimləyərək iştahı idarə edir. Antioksidan xüsusiyyətləri sayəsində bədəninizi qoruyur və immunitet sisteminizi gücləndirir.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər