ABŞ və müttəfiqləri İsrail və İrana heç kimin vəziyyəti daha da gərginləşdirməyə getməməsi barədə siqnal göndərib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində intensiv fəaliyyətimizi davam etdiririk. Son bir neçə gündə regiondakı və onun hüdudlarından kənardakı tərəfdaşlarla daimi təmasda olmuşuq”, - dövlət katibi vurğulayıb.
Blinken qeyd edib ki, ABŞ və müttəfiqləri bölgədə heç kimin vəziyyəti gərginləşdirməsini istəmir: “Müttəfiqlər və tərəfdaşlarla diplomatik əlaqələr saxlayırıq və bu siqnalı birbaşa İrana çatdırırıq. Həmçinin o siqnalı birbaşa İsrailə göndəririk”.
Blinken ABŞ-nin İsrailin təhlükəsizliyini təmin etməyə hazır və bunun dəyişməz olduğunu bildirib: “Biz öz əsgərlərimizi qorumağa davam etdiyimiz kimi, İsraili də terrorçular və onların sponsorlarının hücumlarından qorumağa davam edəcəyik”.
Onun sözlərinə görə, növbəti hücumlar heç kimin proqnozlaşdıra və tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrlə təhdid edəcək.