İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın Homs əyalətində hərbi aerodromlara hücum edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı aviabazanın ərazisində bir neçə güclü partlayış səsi eşidilib və yanğın başlayıb.
Raketlər Suriya ordusunun tərəfində vuruşan Hizbullaha məxsus silah və sursatların olduğu anbarlara atılıb. Hücum nəticəsində itkilər barədə hələlik məlumat yoxdur.