14 Avqust 00:34
1 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyada 74 yaşayış məntəqəsini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib.

O, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə söhbətindən sonra paylaşım edib.

"Çətin və gərgin döyüşlərə baxmayaraq, qüvvələrimiz Kursk vilayətində irəliləməkdə davam edir və dövlətimizin "mübadilə fondu" artır. 74 icma Ukraynanın nəzarəti altındadır, burada yoxlamalar və sabitləşdirmə tədbirləri həyata keçirilir. Bu ərazilər üçün humanitar həllər davam edir".

Zelenski həmçinin ukraynalı döyüşçülərə göstərdikləri qəhrəmanlıq xidmətlərinə görə təşəkkür edib


Müəllif: Arzu

Oxşar xəbərlər