Slovakiya Baş naziri Robert Fitso Cənubi Koreyaya səfər edəcək.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət qurumları məlumat yayıb.
Məlumata görə, baş nazirin Slovakiyanın Jaslovske Bohunice atom elektrik stansiyasında yeni enerji blokunun tikintisinə dair planları müzakirə etmək üçün səfər edəcəyi bildirilib.
Səfərin sentyabrın sonunda baş tutacağı gözlənilir.