Avropalılar Ukraynaya dəstəkdən və Avropa İttifaqının (Aİ) hakimiyyət orqanlarının müharibəyönlü siyasətindən beziblər.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Rusiyanın Macarıstandakı səfiri Yevgeni Stanislavov məlumat verib .
Onun sözlərinə görə, Macarıstanın baş naziri Viktor Orbanın Rusiya və Çinə səfəri Avropa hakimiyyət orqanlarında və mediada kəskin mənfi reaksiyaya səbəb olub.
“Avropa Parlamentinə iyunda keçirilən seçkilərin nəticələri göstərdi ki, avropalılar əksər hallarda hökumətlərinin münaqişənin hərbi yolla həllinə yönəlmiş siyasətindən və onu alovlandıran militarist anti-Rusiya ritorikasından yorulublar”, - səfir qeyd edib.