30 Avqust 13:49
1 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ faktiki olaraq Rusiya ilə Ukrayna arasında münaqişənin tərəfinə çevrilərək gərginliyin dərəcəsini artırıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqtonun Kiyevin Kursk vilayətində ABŞ silahlarından istifadəsinə icazə verməsini şərh edərkən deyib.

“Hegemon ambisiyaları və ölkəmizə “strateji məğlubiyyət” yaşatmaq istəyində boğulan Vaşinqton Rusiya ilə gərginliyin dərəcəsini dəfələrlə artırıb, bir sıra yüksək rütbəli Amerika rəsmilərinin rəsmi bəyanatlarının əksinə olaraq, bundan yayınmağa çalışmır”, - rusiyalı diplomat bildirib.

Zaxarovanın sözlərinə görə, bunu Pentaqon nümayəndələri və ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbinin Vaşinqtonun Ukrayna ordusunun Rusiya ərazisindəki zərbə zonasının genişləndirilməsi imkanlarını müzakirə etmələri barədə bəyanatları da təsdiqləyir.

Rusiya XİN bundan əvvəl də ABŞ-a Ukraynanın Kursk hücumunda iştirakının nəticələri barədə xəbərdarlıq etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər