"Telegram"ın təsisçisi Pavel Durovla bağlı araşdırma bir neçə ay davam edə bilər.
Teleqraf.com xəbər verir ki, işin yeni təfərrüatını "RİA Novosti" Paris prokurorluğuna istinadən açıqlayıb.
Bildirlir ki, prokurorluq zəruri hesab edərsə, işə xitam verilə və ya cinayət işi məhkəməyə göndərilə bilər.
Qeyd olunur ki, Durov bu müddətdə Fransada eyni ünvanda yaşamalıdır. Bundan əlavə, prokurorluq Durovun beş milyon avroluq girovu hissə-hissə ödəyəcəyinə qərar verib.
Araşdırmanın daha bir neçə ay davam edəcəyi gözlənilir.