30 Sentyabr 19:43
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ABŞ-ı Livanda məhdud quru əməliyyatına başlamaq planları barədə məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post ” (WP) məlumat yayıb.

Məlumata görə, əməliyyat İsrailin 2006-cı ildə Hizbullaha qarşı apardığı müharibədən daha kiçik olacaq və əsas diqqət sərhəd bölgələrinin təhlükəsizliyinin təmin edilməsinə yönələcək. Əməliyyatda əsas diqqət Hizbullahın reaktiv yaylım atəşi sistemlərinin, silah anbarlarının və digər infrastrukturun məhv edilməsinə, sonra isə qoşunların çıxarılmasına yönələcək.


Müəllif: Arzu

Oxşar xəbərlər