10:03
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova vətəndaşları ölkələrinin Avropa Birliyinə (AB) daxil olmasına səs veriblər. Amma Avropaya inteqrasiya tərəfdarlarının onun əleyhdarları üzərində üstünlüyü 1 faizdən də azdır. Seçicilərin 50.46 faizi Moldovanın Avropaya inteqrasiyası ilə bağlı müddəaların Konstitusiyaya daxil edilməsinin lehinə, 49.54 faizi əleyhinə səs verib.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Ruslan Roqov deyib.

Ekspert nəticələri “uğursuz” hesab edir. Onun sözlərinə görə, bunun əsas səbəbi Moldovada avrointeqrasiya əleyhdarlarının çox olmasıdır, bu, əsasən rusiyayönlü elektoratdır.

“Rusiya faktiki olaraq moldovalıları qorxutmaqla öz bazasını genişləndirmək üçün fəal işləyirdi. Moldovalılar AB gələcəklərini onunla əlaqələndirirlər ki, bundan sonrakı hədəf NATO-ya üzvlük və bu alyansın ölkədə hərbi bazasının yerləşdirilməsi olacaq. Bu isə vəziyyəti gərginləşdirir və Moldovanın müharibəyə cəlb olunmasına səbəb ola bilər”, - Roqov qeyd edib.

Bundan əlavə, analitikin fikrincə, referendumun nəticələrinə rusiyayönlü qaçaq biznesmen İlan Şorun partiyası və tərəfdarları da təsir edib. Onlar seçkilərdə Prezident Maya Sanduya qarşı səs verməli olan 130 minə yaxın vətəndaşdan ibarətdir. Roqov vurğulayıb ki, bu, Moldovanın AB-yə daxil olmasının əleyhinə səs verən seçicilərin sayına da təsir göstərib.

Üstəgəl, Avropaya inteqrasiya tərəfdarı olan Maya Sandu prezident seçkilərində 50 faizlik həddi aşa bilməyib. Sandu 42 faizdən bir qədər çox səs toplayıb. Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək.

“Röyter” yazır ki, Rusiya Moldovada etiraz aksiyalarında iştirak etmək üçün insanları cəlb edir. Etirazları ölkə daxilində İlan Şorla əlaqəsi olan şəxslər yönəldirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər