21 Oktyabr 15:50
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mənsum İbrahimov Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə və digər dövlət orqanlarına müraciət edib.

Xalq artisti Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Mənə bildirdilər ki, "TikTok" platformasında saxta səhifədə videomu yayıb, öz adamlarına isə lazımsız şərhlər yazdırırlar. Haqqımda şəxsiyyətimi qaralama kampaniyası başlanılıb. Daxili İşlər Nazirliyinə də rəsmi ərizə ilə müraciət etmişəm. Artıq məsələ ilə bağlı araşdırma başlanılıb. Mən şou adamı deyiləm və ona görə də məsələnin hüquqi müstəvidə həll edilməsini istəyirəm. Məni milyonlarla sevən insanlar var".

Qeyd edək ki, sosial şəbəkədə Mənsum İbrahimovun muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər yayılıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər