21 Oktyabr 13:26
3 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə vasitəçilərsiz aparılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan deyib.

“Əgər biz suveren dövlətiksə, Bakı ilə vasitəçisiz danışıqlar aparmalıyıq. Mübahisələrin həlli proseduru çox mürəkkəb bir şeydir. Amma biz üçüncü ölkəni bura cəlb etsək maraqların toqquşması baş verəcək ki, bunun da necə nəticələnəciyini bilmirəm", - Qriqoryan bildirib.

O qeyd edib ki, vasitəçilər danışıqlarda iştirak etsələr, İrəvan və Bakı onlardan asılı olmayaraq, respublikalar üçün məcburi xarakter daşıyan qərar qəbul etməsi riski var.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər