21 Oktyabr 23:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda Türkiyədə yeni qaz qovşağının yaradılmasını müzakirə edəcəklər.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir, bu barədə Rusiya prezidentinin administrasiyası məlumat yayıb.

“Kazandakı görüş çərçivəsində dövlət başçıları Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması layihəsinə də toxunublar”, - məlumatda deyilir.

Prezident administrasiyası xatırladıb ki, Rusiya və Türkiyə qaz sahəsində səmərəli əməkdaşlıq edirlər. O cümlədən “Mavi axın” və “Türk axını” boru kəmərləri.


Müəllif: Arzu

Oxşar xəbərlər