14:08
252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

Teleqraf.com xəbər verir ki, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

12:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub", - nazirlikdən bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər