"30-dan çox rəsm əsərim var. Hər zaman düşünmüşəm ki, Bakıda öz fərdi yaradıcılıq sərgim baş tutsun. Hələ ki qismət olmayıb".
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Mələkxanım Əyyubovanın qızı, rəssam-bloger Nəzrin Nəcəfova deyib:
"Xarici ölkələrdə öz əsərlərimlə iştirak etmişəm. İnşallah, yaxın zamanda ölkəmizdə öz fərdi yaradıcılıq sərgimi planlaşdırıram. Yeni ildən yeni uğurlar gözləyirəm".
Müğənni Mərdan Kazımovla evli olan Nəzrin Nəcəfova "Evliyiniz necə gedir" sualına "Evlililik həyatımız yaxşıdır. Allaha şükür, hər şey qaydasındadır,-deyə cavab verib.