Böyük Britaniya kralı III Çarlz həyat yoldaşı Kraliça Kamilla ilə Avstraliyaya səfəri zamanı qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumata görə, kral Avstraliya Parlamentində çıxışı zamanı Viktoriya ştatının senatoru Lidiya Torp səhnəyə çıxıb. Senator səhnəyə çıxandan sonra kralı tənqid etməyə başlayıb:
“Bizə torpaqlarımızı geri verin. Bizdən oğurladıqlarını - sümüklərimizi, övladlarımızı, xalqımızı bizə qaytar. Sən bizim şahımız deyilsən. Siz bizim torpağımızı məhv etdiniz”, - senator səhnədə deyib.
Bildirilir ki, təhlükəsizlik qüvvələri Lidiya Torpun monarxa yaxınlaşmasına əngəl törətməklə onu tez bir zamanda zaldan çıxarıb.