12:03
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, iclasda çıxış edən baş nazirin müavini Mqer Qriqoryan bununla bağlı imzalanmış əsasnamədən danışıb.

“Bu əsasnamənin əsas funksiyası mübahisələri hərbi və ya güc yolları ilə yox, təsdiqlənəcəyi təqdirdə yaradılacaq platforma ilə həll etməkdir.

Belə olan halda tərəflərin bu və ya digər mübahisəli məsələni hərbi yolla həll etməsi çox qəribə olardı. Belə bir şeyin olmasına imkan vermədik”, - baş nazirin müavini bildirib.

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi dünən əsasnaməni təsdiqləyərək, ratifikasiyaya göndərmişdi.

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının fəaliyyətinin tənzimlənməsi haqqında əsasnamə avqustun 30-da imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər