Belçikanın Şarlerua Beynəlxalq Hava Limanı təhlükəsizlik işçilərinin tətili üzündən çərşənbə axşamı günü bütün xarici reysləri ləğv edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hava limanı rəhbərliyi açıqlama verib.
Mətbuat xidməti oktyabrın 22-də uçuş reyslərinin “mühafizə şirkətinin əməkdaşlarının hərəkəti və təhlükəsizliyi təmin etmək üçün kadr çatışmazlığı səbəbindən” ləğv edildiyini bildirib.
Çərşənbə axşamı Busseldə təhlükəsizlik şirkəti işçilərinin daha yaxşı iş şəraiti axtararaq etiraz aksiyası keçirməsi planlaşdırılır.