21 Oktyabr 17:35
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədənin siqnal mexanizmi olan üşümə səbəbsiz deyil. Buna görə də həddindən artıq üşümə diqqətdən kənarda saxlanmamalıdır.

Teleqraf.com xəbər verir ki, mütəxəssislərin fikrincə, çox üşümə ciddi xəstəliklərin əlaməti ola bilər.

Soyuqluq hissi ətraf mühitin temperaturunun qəfil dəyişməsinə reaksiya kimi baş verir. Dəri, damarlar və əzələlər koordinasiyalı şəkildə daralaraq temperatur dəyişikliklərinə cavab verməyə çalışırlar. Ancaq möhkəm üşüməyin yalnız soyuqdan qaynaqlana biləcəyini düşünməyin. Çünki orqanizmin siqnal mexanizmi olan soyuqluq hissi də ciddi xəstəliklərin əlaməti ola bilər. Bu səbəbdən üşümə hissi davamlı hala gəlirsə və ya digər şikayətlərlə müşayiət olunursa, həkimə müraciət etmək vacibdir.

Çox üşüməyin bir neçə səbəbləri var:

Hipoqlikemiya çox üşüməyin səbəblərindəndir. Qanda şəkərin səviyyəsinin 50 mq/dl və ya daha aşağı düşməsi "hipoqlikemiya" adlanır. Hipoqlikemiya tez müalicə edilməsi lazım olan xəstəlikdir. Əks halda, huşunu itirmə, daimi və ya müvəqqəti beyin funksiyasının dəyişməsi kimi zədələrə səbəb ola bilər. Bundan əlavə, tez-tez hipoqlikemiya hücumları, səhv qidalanma və çəki artımı diabet riskini artırır.

Əllərin və ayaqların soyuqlaşmasının əsas səbəbi anemiya da ola bilər. Əhəmiyyətli sağlamlıq problemi olan anemiyaya daha çox qadınlarda rast gəlinir. Müalicə edilmədiyi təqdirdə soyuqdəymə ilə başlayan əzginlik, sürətli yorğunluq və ürək döyüntüsü kimi simptomlar tədricən irəliləyir və həyat tərzini mənfiləşdirir.

Bəzi vitaminlərin azlığı da üşüməyə səbəbdir. B12 vitamini, dəmir, C vitamini və folat çatışmazlığı anemiya yaradır. Orqanizmdə maddələr mübadiləsini tənzimləyən qalxanabənzər vəzinin sağlam işləməsi bütün sistemlərin ahəngdar olmasını təmin edir.

Daimi yorğunluq, saç tökülməsi, qəbizlik, istəmədən kilo alma kimi insanın gündəlik həyatına mənfi təsir göstərən ciddi nəticələrə qədər dəyişən klinik vəziyyətlər müşahidə edilə bilər. Damar sistemi ilə əlaqəli xəstəliklər də çox üşüməyin əlamətidir. Məsələn, damar tıxanması və damar endotelinin zədələnməsi zamanı qan təchizatının qeyri-kafi olması, müvafiq orqanların düzgün qidalanmaması və ya lokallaşdırılmış bölgələrin həssaslığı səbəbindən xüsusilə ayaq və qollarda soyuqluq yarana bilər.

Neyropatiyalar, əzələ xəstəlikləri və ya dağınıq skleroz kimi sistemik, sinir keçirici sistem xəstəliklərində soyuqluq, uyuşma və hərəkət pozğunluqları kimi simptomlar ola bilər.

Xüsusən ailədə oxşar xəstəliklər varsa, vaxt itirmədən müvafiq həkimə müraciət etmək lazımdır.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər