09:41
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya qüvvələri Ukraynada savaşa qoşula bilərlər. Koreya qoşunlarının hansı rolu oynayacağı məlum deyil, amma şəxsi heyət arasında itkilərə məhəl qoymayan Rusiyanın taktikasını nəzərə alsaq, məsələn, onların qış əməliyyatları çərçivəsində Pokrovsk və ya şərq cəbhəsindəki digər mühüm nöqtələrə göndərilməsi mümkündür.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Britaniyalı analitik Sem Krenni-Evansın sözlərinə görə, Koreya qüvvələri cəbhədə logistikadan tutmuş, döyüş sursatı daşımaq və istehkamların qazılması da daxil olmaqla, arxa cəbhə, hətta Rusiya daxilində işləməyə qədər müxtəlif missiyaları yerinə yetirə bilər. Həmçinin döyüş bacarıqları əldə etmək üçün təlimlərə də cəlb oluna bilərlər.

Hərbi aspektlərdən əlavə, bu ittifaq hər iki tərəfə siyasi fayda gətirir. Moskva-Pxenyan yaxınlaşması Rusiya, Çin, İran və Şimali Koreyanın daxil olduğu oxu gücləndirir. Bu ölkələr Qərbə meydan oxumağa çalışırlar.

Cənubi Koreya kəşfiyyatı daha bir vacib detalı açıqlayıb. Məlumata görə, ötən ilin avqustundan Şimali Koreya Rusiyaya mərmilər, raketlər və tank əleyhinə silahlar da daxil olmaqla 70 növdə döyüş sursatı tədarük edib.

Tədarüklər ABŞ-ın qarşıdan gələn seçkilərlə əlaqədar Ukraynaya gələcək hərbi yardımı ilə bağlı qeyri-müəyyənlik və Avropanın öz sursat istehsalını artırmağa çalışdığı bir vaxtda həyata keçirilir. Rusiyanın müharibəni və Şimali Koreya ilə əlaqələri gücləndirməkdə davam edən qətiyyəti Kiyev üçün problemləri artıra bilər.

Rusiyanın digər müttəfiqləri Çin və İrana gəlincə, bu ölkələrin də Moskvanı silah-sursatla təmin etməsi haqda məlumat var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər