İsrail hökuməti Qəzza zolağından girovların azad edilməsi üçün “yeni ideyalar” irəli sürüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ofisinin müşaviri Dmitri Gendelman danışıb.
“Hərbi-siyasi kabinetin iclasında oğurlananların azad edilməsinin planlaşdırılması ilə bağlı yeni ideyalar irəli sürülüb" - Gendelman deyib.
Ancaq hələ ki hökümət bu fikirlərin nə olduğunu açıqlanmır.