21 Oktyabr 14:50
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Donetsk bölgəsində Çasov Yarı ələ keçirməyə fəal şəkildə çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə bölgədəki vəziyyəti müşahidə edən “Bildin” hərbi analitiki Yulian Röpke məlumat verib.

Onun sözlərinə görə, rus ordusu şəhərin müdafiəsini yarmağa müvəffəq olub:

"Ruslar bir neçə ay şərqdə Severski Donets-Donbass kanalını keçə bilməyiblər. Amma cümə günü çeçen avanqardı onu keçərək Çasov Yarın cənub kənarı ilə 2,5 km qərbə doğru irəliləyib. Beş aylıq şiddətli döyüşlərdən sonra Rusiya ordusu Çasov Yarın cənubunda Ukrayna cəbhəsini yarıb və öz bayrağını kanalın 2,5 km arxasında yerləşən sənaye binasına sancıb", - Röpke bildirib.

Analitik qeyd edib ki, rus qoşunları qərbə doğru hərəkət etməyəcək, əksinə şimala dönüb Çasov Yarın mərkəzinə doğru gedəcək.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər