11:47
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı hələlik qərar yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Müzakirə edib başa düşməliyik ki, niyə gedirik, bu, Ermənistana nə verəcək və hansı səviyyədə iştirak edə bilərik. Müzakirə edəcəyik, dövlətimizə lazım olub-olmadığını anlayacağıq, lazım olmasa, getməyəcəyik”, - spiker bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan COP29-da iştirak üçün Bakıya dəvət olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər