"Moldova vətəndaşlarının təxminən yarısı avrointeqrasiya yolunu dəstəkləməyib və Avropa İttifaqına qoşulmağa qarşı çıxıb. Xalq Ukrayna nümunəsində bunun, əslində nə demək olduğunu başa düşdülər".
Teleqraf.com xəbər verir ki, bu barədə rus politoloq Petr Kolçin çıxışı zamanı deyib.
“Əminəm ki, bütün Avropa üçün referendumun nəticələri olduqca şokedicidir. İnsanlar başa düşürlər ki, avrointeqrasiya şüarları altında onlar ənənəvi dəyərləri məhv edə və Ukraynada olduğu kimi ölkə iqtisadiyyatını sıradan çıxara bilərlər” - politoloq qeyd edib.
Politoloq Moldova üçün Avropaya inteqrasiyanın “siyasi və iqtisadi intihar" olduğunu deyib.