21:08
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kazan şəhərində keçirilən BRİKS toplantısında müxtəlif ikitərəfli görüşlər də keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı hərmkarı Vladimir Putinlə görüşə hazırlaşarkən, Ankarada PKK terror aktı törətdi. Bu səbəbdən Putin görüşə Əroğana başsağlığı verməklə başladı. Kreml sahibi ikitərəfli iqtisadi əlaqələrin artım tempi və “Rosatom” şirkətinin Akkuyuda inşa etdiyi AES-dən danışdı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Hindistan Baş naziri Narendra Modi ilə Çin lideri Si Cinpin arasındakı görüş də diqqət çəkib:

“Məsələ budur ki, bu görüşdən bir neçə gün əvvəl iki ölkə sərhədin mübahisəli hissəsində birgə patrul həyata keçirməklə bağlı razılaşma əldə edib. Halbuki 4 il əvvəl sərhəddə hər iki tərəfdən hərbçilərin ölümlərinə yol açan gərginliyin azaldılması üçün aparılan danışıqlar nəticə vermirdi. İki lider 2022-ci ildə İndoneziya, ardınca Cənubi Afrikada G20 toplantıları çərçivəsində görüşsə də, problem həll olunmamışdı.

Buna baxmayaraq, Modi Kazan sammitini erkən tərk etmək məcburiyyətində qalıb. Çünki Almaniya Kansleri Olaf Şolzun Dehliyə səfəri başlayırdı, Modi onunla görüşə tələsirdi. Dehliyə səfər Şolz üçün vacibdir. Almaniya Hindistanın tenderini elan etdiyi 6 sualtı gəmisini inşa etmək istəyir. Dehli tikintini Almaniya şirkətlərinə verməyə həvəslidir. Ancaq yekun qərar hələ yoxdur.

Dehli Almaniyanın Hind-Sakit Okean bölgəsində təhlükəsizlik məsələrinə marağının artmasına nail olmaq istəyir. Tenderin şərtlərinə görə, 6 milyard dollara başa gələcək sualtı gəmilərin tikintisi Hindistan limanlarında həyata keçirilməlidir. Məqsəd tikitini həyata keçirəcək şirkətlərin texnologiyalarını Hindistanla bölüşməsini təmin etməkdir. Almaniya ilə yanaşı, İspaniya şirkətləri də tenderdə iştirak etmək istəyir. Təsadüfi deyil ki, Şolzdan sonra İspaniya Baş naziri Pedro Sançes də Hindistana gələcək.

Bu arada, Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Avropa İttifaqı, o cümlədən Almaniya ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, Dehli ilə Berlini geosiyasət, geoiqtisadiyyat və texnologiyalar birləşdirir. Bu, bir daha göstərir ki, Dehli BRİKS təşkilatının anti-Qərb blokuna çevrilməsinin əleyhinədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər