18:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı Keyt Duqlas Cənubi Koreyanın İnçon şəhərində keçirilən Dünya Kubokunda 200 metr məsafəyə brass üsulu üzrə üzməkdə yeni dünya rekordu müəyyənləşdirib.

Teleqraf.com xəbər verir ki, idmançı məsafəni 2 dəqiqə 14,16 saniyəyə qət edərək, 2009-cu ildə həmyerlisi Rebeka Soni tərəfindən müəyyənləşdirilmiş rekordu (2 dəqiqə,14,57 saniyə) yeniləyib.

Avstraliyalı Tara Kinder (2 dəqiqə,19,21 saniyə) ikinci, cənubi koreyalı Park Si In (2 dəqiqə,19,58 saniyə) isə üçüncü olub.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının ikiqat qalibi olmuş 22 yaşlı idmançı həmçinin dördqat dünya çempionudur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər