20:57
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynada ağır itkilər verib, amma onun ordusu hələ də müharibədən zərər görməyən güclü döyüş qüvvəsinə malikdir.

Teleqraf.com Insider xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib.

Onun sözlərinə görə, Ukraynada fəaliyyət göstərən Rusiya qüvvələri və həyata keçirdikləri zərbələr Moskvanın bütün hərbi strukturu kontekstində nəzərdən keçirilməlidir:

“Bəli, Rusiyanın hələ də Ukraynadakı müharibədən zərər görməmiş qüvvələri var, o cümlədən uzaqmənzilli aviasiya, strateji raket qüvvələri, müdafiə bölmələri və sualtı gəmilər. Eyni zamanda, Rusiya Federasiyasının taktiki aviasiyasının əksəriyyəti hələ də münaqişəyə cəlb olunmayıb.

Beləliklə, quru sahəsində əhəmiyyətli itkilərə baxmayaraq, Rusiyanın qalan hərbi strukturu böyük potensial olaraq qalır - həm ənənəvi, həm də nüvə qüvvələri baxımından. Bunu yadda saxlamaq lazımdır”.

Kavoli vurğulayıb ki, Rusiya Quru Qoşunları ciddi itkilər versə də, Moskva itkiləri bərpa etmək üçün mühüm addımlar atıb.

Onun sözlərinə görə, Rusiyanın bugünkü Quru Qoşunları müharibənin əvvəlindəki qüvvələrindən qat-qat böyükdür: “Rusiya ordusu bu müddətdə daha da böyüyüb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər