17:53
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan hakimiyyəti Rusiyanın beynəlxalq sanksiyalardan yayınmaq üçün ölkə ərazisindən istifadəsinin əleyhinədir.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

“Qazaxıstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və bu ölkəyə qarşı sanksiyalara qoşulmayıb. Həmçinin istəmirik ki, ərazimiz sanksiyalardan yan keçmək üçün istifadə edilsin”, – Vasilenko vurğulayıb.

Onun sözlərinə görə, Astananın mövqeyi bütün maraqlı tərəflər üçün məlum və başadüşüləndir, buna həm Rusiya, həm də Qərbdə anlayışla yanaşılır. Vasilenko vurğulayıb ki, sanksiyalardan yayınmamaq üçün bütün lazımi tədbirlər görülür, Qazaxıstan ikinci dərəcəli sanksiyaların tətbiq olunmasını istəmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər