10:30
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO üzvü olan yeddi ölkə Ukraynanın alyansa dəvət edilməsinə qarşı çıxır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” ABŞ-ın hərbi-siyasi mənbələrinə istinadla yazır.

Nəşr bildirir ki, Almaniya və ABŞ Prezident Vladimir Zelenskinin ölkəni dərhal NATO-ya üzv olmaq çağırışına cavab verməyə gecikən ən böyük ölkələr sırasındadır. İki ölkə Rusiya ilə müharibəyə cəlb olunmaqdan çəkinir.

Macarıstan və Slovakiya da müqavimət göstərir. ABŞ nəşrinə görə, bu iki ölkənin liderləri Kreml tərəfdarıdır.

NATO rəsmilərindən biri “Politico”ya deyib ki, Belçika, Sloveniya və İspaniya da Ukraynanın alyansa dəvət olunmasının əleyhinədir. Bu ölkələr ABŞ və Almaniyanın arxasında gizlənirlər.

Ukraynanı NATO-da görməyə həvəsli olanlar isə Baltikyanı ölkələr və Polşadır.


Müəllif: Mənsur Rəğbətoğlu