Polşada Rusiya prezidenti Vladimir Putinin saytında müraciət yerləşdirdiyinə görə fermer və onun qızına qarşı cinayət işi açılıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Qlivitse şəhəri Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hər iki şəxs Polşa Cinayət Məcəlləsinin 117-ci bənd (müharibəyə çağırış və ya əsaslandırma) və 256-cı maddəsi ilə (nasizmin və digər totalitar ideologiyaların təbliği) təqsirləndirilir. Hər iki şəxsin 5 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.