15:17
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın adını tələffüz edə bilməyib.

Teleqraf.com xəbər verir ki, Rusiya liderinə Türkiyə prezidentinin adını düz demək üçün üç cəhd lazım olub.

Putin əvvəllər də müxtəlif dövlət başçılarına müraciət edərkən dəfələrlə səhvə yol verib. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev haqda tez-tez belə hallar baş verir.

Analitiklərə görə, bu, təsadüfi olmaya bilər, Rusiyanın müxtəlif dövlətlərlə münasibətlərinin durumu ilə bağlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu