11:57
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı zamanı terrorçunun çantasının üzərindəki "Z" simvolu təhlükəsizlik kameralarına düşüb.

Teleqraf.com xəbər verir ki, sözügedən simvol Ukraynaya hücum edən Rusiya ordusuna məxsusdur.

“Haber7” yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyada keçirilən BRİKS sammitində iştirak etdiyi saatlarda baş verən hücumdan bir neçə saat əvvəl PKK terror təşkilatının Rusiya qolunun əsas siması Barı Yusubov yaxalanıb.

Baş verənlər hücumun təkcə Türkiyəni hədəf almadığı, təşkilatdan istifadə edən qüvvələr tərəfindən iki ölkəyə göndərilən mesaj kimi şərh edilib.

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş da bildirib ki, hücumun Rusiya səfəri ilə eyni vaxta düşməsi təsadüfi deyil.

Dünən Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) paytaxtdakı obyektlərinə qarşı terror aktı həyata keçirilib. Olay zamanı 5 nəfər həlak olub, 25-ə yaxın insan yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu