20:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasının cənub-şərqində yerləşən Busan şəhərində Amerika hərbçiləri üçün 55-ci təchizat anbarında yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın "KBS" telekanalı məlumat yayıb.

Fövqəladə hallar bir neçə saatdır ki, yanğını nəzarət altına almağa çalışsalar da, hələ ki, uğursuz alınıb.

“Yanğın şəhərin mərkəzində yerləşdiyi üçün Busan hakimiyyəti vətəndaşların təhlükəsizliyinə xüsusi diqqət yetirir. Sakinlərə [fövqəladə hallarda necə davranmaq barədə] tövsiyələr olan mesajlar göndərilib”, - məlumatda deyilir.

Hazırda hadisə yerində 160-dan çox təcili yardım əməkdaşı və 50-dən çox texnika çalışır. Mütəxəssislər yanğının binanın birinci mərtəbəsindən başlaya biləcəyini istisna etməyiblər.

Onlar vurğulayıblar ki, bu anbar ABŞ hərbi texnikasının saxlanması üçün istifadə olunur. Koreya Respublikasında dislokasiya olunmuş amerikalı əsgərlər üçün nəzərdə tutulmuş avadanlıqlar buraya gətirilir.


Müəllif: Arzu

Oxşar xəbərlər