24 Oktyabr 20:48
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası (TŞ) Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Trt Haber" məlumat yayıb.

Bildirilib ki, qurumun yaydığı bəyanatda hücuma görə məsuliyyət daşıyanlar, onu maliyyələşdirənlər və dəstəkləyənlərin məsuliyyətə cəlb edilməli olduğu vurğulanıb.

Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər