19:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko Krıma səfər etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus lideri "İzvestiya" ya müsahibəsində bildirib.

Lukaşenko səfərin konkret tarixlərini açıqlamayıb. Lukaşenko qeyd edib ki, Krımın statusu ilə bağlı məsələlər birtərəfli qaydada həll olunub, beynəlxalq ictimaiyyət hələ də Krımı Rusiyanın bir hissəsi hesab etmir.

O, Belarusun Krımın Rusiya Federasiyasına birləşdirilməsindən sonra yarımada ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb. Bundan əlavə, prezident Minskin Donbas və Novorossiyaya dəstək verdiyini qeyd edib.

Lukaşenko Krıma səfəri zamanı media nümayəndələrini də dəvət edəcəyinə söz verib.


Müəllif: Arzu

Oxşar xəbərlər