Hindistan, İraq və Misir vətəndaşları üçün Ermənistan ərazisinə giriş prosedurları sərtləşdiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.
ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Böyük Britaniya, Kanada, Rusiya, Yaponiya, Fras körfəzi, Avropa Birliyi və Şengen ölkələrinin vətəndaşlarına müvəqqəti və ya daimi yaşayış statusu almaq üçün elektron vizaların verilməsi təklif olunur. Adıçəkilən ölkələrin vətəndaşlarına hətta geri dönüş bileti olsa belə, viza veriləcək.