19:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin şimalında içərisində 70-ə yaxın sərnişinin olduğu qatar relsdən çıxıb, xəsarət alanlar var.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Local Norway” nəşri məlumat yayıb.

Məlumata görə, Norveçin mərkəzindəki Trondheim şəhərindən şimalda Bodo şəhərinə gedən qatar sürüşmə nəticəsində relsdən çıxıb.

Hadisə yerinə polis və təcili tibbi yardım xidmətləri cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər