10:00
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Donetsk vilayətində irəliləyir, xüsusən də Selidovo qəsəbəsinə təzyiqi artırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın monitorinq qrupu “DeepState” məlumat yayıb.

Bundan əlavə, ruslar Donbasın daha üç yaşayış məntəqəsində - Kostyantinivka, İzmayilivka və Boqoyavlenka yaxınlığında irəliləyiblər. Ətraf ərazilərin ələ keçirildiyi qeyd edilir.

Qrup Selidovo ətrafındakı durumun vilayətin taleyi baxımından son dərəcə təhlükəli olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu