12:13
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı oğlu və DEM Partiyasının deputatı Ömər Öcalan əmisi ilə həbsxanada baş tutan görüşünün bəzi detallarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Görüş zamanı Öcalan ümumi siyasi hadisələrlə bağlı qiymətləndirmələr apararaq, ictimaiyyətə aşağıdakı mesajının çatdırılmasını istədi:

“Təcrid davam edir. Əgər şərtlər yaranarsa, bu prosesi münaqişə və zorakılıq zəminindən hüquqi və siyasi zəminə daşımaq üçün nəzəri və praktiki gücüm var”, - Ömər Öcalan bildirib.

Görüşdən öncə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatını silahı yerə qoymağa, özünü buraxmağa çağırmışdı.

Həbsdə olan Öcalanın mümkün azadlığa buraxılmasına toxunan Baxçalı belə demişdi:

“Təcridi aradan qaldırılsa, Türkiyə parlamentinə gələrək terrora son qoyduğunu açıqca bəyan etməlidir. Gəlib DEM Partiyasına (HDP) qatılsın, silahı yerə qoyduğunu, terrorun tamamilə bitdiyini, PKK-nın ləğv olunduğunu açıqlasın”.


Müəllif: Mənsur Rəğbətoğlu