10:15
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı oğlu və DEM Partiyasının deputatı Ömər Öcalan 4.5 ildən sonra ilk dəfə əmisi ilə görüşdüklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.

“Abdullah Öcalanla son təkbətək görüş 2020-ci il martın 3-də olub. Biz ailə olaraq Öcalanla illər sonra yenidən görüşdük. Qanuni hüquq olan adi ailə ziyarətlərinin şəraitdən asılı olmayaraq davam etməsini istəyirik”, - deputat yazıb.

Bundan öncə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatını silahı yerə qoymağa, özünü buraxmağa çağırmışdı.

Həbsdə olan PKK lideri Abdullah Öcalanın mümkün azadlığa buraxılmasından danışan Baxçalı belə söyləmişdi:

“Onun təcridi aradan qaldırılsa, Türkiyə parlamentinə gələrək terrora son qoyduğunu açıqca bəyan etməlidir. Gəlib DEM Partiyasına (HDP) qatılsın, silahı yerə qoyduğunu, terrorun tamamilə bitdiyini, PKK-nın ləğv olunduğunu açıqlasın”.

DEM MHP liderinin çağırışına müsbət cavab verib.


Müəllif: Mənsur Rəğbətoğlu