18:08
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xarici İşlər Nazirliyi Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi barədə heç nə bilmədiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun sözçüsü Lin Jian bildirib.

“Çinin bu durumdan xəbəri yoxdur. Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır. Ümid edirik ki, bütün tərəflər gərginliyi azaltmağa çalışacaq və bu yöndə siyasi addım atacaqlar”, - çinli diplomat vurğulayıb.

Rəsmi Kiyev bəyan edib ki, Şimali Koreya ordusunun zabitləri artıq Ukraynanın işğal olunmuş ərazilərində ruslara təlim keçirlər. Koreya qüvvələrinin bir hissəsinin Kursk vilayətinə göndərilməsi barədə də məlumat var.

Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi barədə informasiya Ukrayna ilə yanaşı, Cənubi Koreya, ABŞ və NATO tərəfindən təsdiqlənib.

Kəşfiyyat məlumatına görə, Şimali Koreya ümumilikdə Rusiyaya 11 minlik canlı qüvvə göndərib. Koreyalıların noyabrda Ukraynada döyüşə girəcəkləri gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər